ONN İnformasiya Agentliyi

“Instagram”da yeni funksiya

“Instagram”da yeni funksiya
29 Avqust 2018 - 13:31

"Instagram"da sorğu göndərilməsi ilə hesabın yoxlanılması imkanı əlçatan olub. Bunun üçün istifadəçinin kimliyini təsdiq edən sənəd təqdim etmək lazımdır.

ONN media xəbər verir ki, bu barədə xidmət öz saytında məlumat yayıb. Məlumata görə, hesabın yoxlamadan keçməsi üçün onun xidmətin norma və qaydalarına uyğun olması lazımdır. Bundan başqa, sorğunun göndərilməsi hesabın dəqiq yoxlanılacağına zəmanət vermir. "Instagram" hesabın yoxlanılması ilə bağlı qərar çıxararkən hər bir hesabın həqiqiliyi, unikallığı, bütövlüyü və populyarlığını nəzərə alacaq.

Bundan başqa, istifadəçilər "Instagram" xidmətində populyar hesablar haqda informasiya əldə edə biləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png