ONN İnformasiya Agentliyi

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb
07 Sentyabr 2018 - 22:17

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən ONN media-ya verilən məlumata görə, bu ilin yanvar-avqust ayları ərzində 2 141,1 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 kilometr qaz kəməri əsaslı təmir olunub.

Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Ağcabədi, Bərdə, Şəki, Göyçay, İsmayıllı, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png