ONN İnformasiya Agentliyi

İki avtomobil toqquşub — Xəsarət alanlar var

İki avtomobil toqquşub — Xəsarət alanlar var
10 Sentyabr 2018 - 20:49

Quba rayonunda yol qəzası baş verib.

ONN media -ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd yolunun rayonun Rostov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Daewoo Nexia" və "Renaut" markalı minik avtomobilləri toqquşub. Nəticədə birinci maşının sürücüsü – Qubanın Afurca kəndinin sakini, 1963-cü il təvəllüdlü Namiq Nəsrulla oğlu Siracov, həmçinin ikinci avtomobilin sürücüsü, 1954-cü il təvəllüdlü Hikmət Nəsirov və onun nəvəsi, 2002-ci il təvəllüdlü Rostov kənd sakini Aytac Ramil qızı Nəsirova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png