ONN İnformasiya Agentliyi

Şəmkirdə bədbəxt hadisə

Şəmkirdə bədbəxt hadisə
11 Sentyabr 2018 - 13:44

Şəmkir rayonunda faciəvi hadisə baş verib.

ONN media xəbər verir ki, rayonun Keçili kəndi ərazisində Qazax istiqamətində hərəkət edən yük qatarı Çaparlı kənd sakini, 1983-cü il təvəllüdlü Balayev Qalib Xudaverdi oğlunu vurub.

Hadisə vaxtı qatar həyəcan siqnalı verərək tormozlasa da, Q.Balayev relslərin arasından uzaqlaşa bilməyib və elektrovoza çırpılaraq hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (Dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə iş başlanılıb, zəruri ekspertizalar təyin edilib və ilkin ifadələr alınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png