ONN İnformasiya Agentliyi

Evdən qadın meyiti tapıldı

Evdən qadın meyiti tapıldı
17 Sentyabr 2018 - 22:33

Göygöl rayonunda evdən qadın meyiti aşkar edilib.

ONN media Report -a istinadən xəbər verir ki, 1940-cı il təvəllüdlü yerli sakin Səkinə Atayevaya məxsus meyit Göygöl şəhəri, Ramil Cəfərov küçəsi, ev 26 ünvanında aşkar edilib.

Onun bir neçə gün əvvəl dünyasını dəyişdiyi ehtimal edilir. Qadının həmin ünvanda tək yaşadığı bildirilir.

Meyit tibbi ekspertizaya aparılıb. Onun ölüm səbəbi aparılan araşdırmalar nəticəsində məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png