ONN İnformasiya Agentliyi

Bakıda DƏHŞƏT – Qadını öldürüb, mənzilini yandırdılar

Bakıda DƏHŞƏT – Qadını öldürüb, mənzilini yandırdılar
07 Noyabr 2018 - 1:43

Səhər saatlarında Bakıda ağır cinayət olub.

ONN media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu Əlibəy Hüseynzadə küçəsi 83 ünvanında baş verib.

Yaqub Axundovun evinin yandığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər. Hadisə yerinə rayon yanğından mühafizə xidmətinin iki yanğınsöndürən avtomobili və bir neçə canlı qüvvəsi cəlb edilib.Yanğının kəşfiyyatı zamanı ev sahibinin həyat yoldaşı, 78 yaşlı Tamella Axundovanın meyiti aşkar edilib.

Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları qadının qəsdən öldürüldüyünü müəyyən ediblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 35 kvadratmetr olan iki otaqlı ev tamamilə yanıb. Hadisə yerində araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarların hadisəni tamah məqsədi ilə törətdiklərini ehtimal edirlər.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda cinayət işi başlanıb. Polis cinayəti törədən şəxs və ya şəxslərin axtarışını aparır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png