ONN İnformasiya Agentliyi

DİQQƏT- Sabah sonuncu gündür

DİQQƏT- Sabah sonuncu gündür
14 Noyabr 2018 - 13:51

Noyabrın 16-da avtomobillərdə pərdə və jalüzlərdən istifadə üçün icazə müddəti başa çatır.

ONN media xəbər verir ki, "Yol hərəkəti haqqında" qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, nəqliyyat vasitəsinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka və digər qurğuların quraşdırılaraq istismarı yolverilməzdir.

Hər il mayın 1-dən noyabrın 15-dək Azərbaycanda nəqliyyat vasitələrinin arxa yan qapı şüşələrinə standarta uyğun sənaye üsulu ilə hazırlanmış jalüzlərin vurulmasına icazə verilir.

Qeyd edək ki, sürücülər icazə müddətinin başa çatmasını nəzərə almalıdırlar. Xatırladaq ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətaya görə sürücülər və avtomobil sahibləri 150 manat məbləğində cərimə olunurlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png