ONN İnformasiya Agentliyi

Qızıl alverçisinə ağır cəza verildi

Qızıl alverçisinə ağır cəza verildi
14 Noyabr 2018 - 15:52

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Minarə Fərzəliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONN media trend -ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Fərzəliyeva 5 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, M.Fərzəliyeva qızıl ticarəti adı ilə "Laçın" Ticarət Mərkəzində Zümrüd Göyüşovaya məxsus qızıl dükanından 132 min manat dəyərində qızıl alıb və geri qaytarmayıb.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png