ONN İnformasiya Agentliyi

Nazirliyin məsul şəxsləri sərgi ilə tanış olublar

Nazirliyin məsul şəxsləri sərgi ilə tanış olublar
14 Noyabr 2018 - 16:35

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi ilə tanış olublar.

Nazirlikdən ONN media -ya verilən məlumata görə, sərgidə nümayiş olunan plastik və polietilen məhsulların utilizasiyası, ekoloji təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz qida məhsulları, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı, polietilen torbalara alternativ olan həsir çantalar və digər əşyalar, ekoturizm ilə bağlı müxtəlif istiqamətlərdə olan stendlər barədə Nazirliyin məsul şəxslərinə ətraflı məlumat verilib.

Qeyd edək ki, sərgidə Azərbaycan da daxil olmaqla Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Rusiya, Türkiyə, Ukraynadan olan 43 şirkət iştirak edir və sərgi üç gün davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png