ONN İnformasiya Agentliyi

Naxçıvan duzu bu ölkələrin bazarlarına çıxacaq

Naxçıvan duzu bu ölkələrin bazarlarına çıxacaq
06 Dekabr 2018 - 20:58

“Naxçıvan Duz İstehsalı” MMC MDB və Yaxın Şərq ölkələrinə məhsul ixracını təşkil etməyi nəzərdə tutur.

ONN media xəbər verir ki, bunu Trend-ə MMC-nin direktoru Anar Əsədullayev deyib.

A.Əsədullayevin sözlərinə görə, şirkət Türkiyə və Rusiyadan duz ixracı ilə bağlı təklif və müraciətlər alıb:

“Biz hələlik bu iki variantı nəzərdən keçiririk. Yaxın bir il – il yarım ərzində, yeni duz yataqlarının aşkar olunması ilə istehsal həcmləri artdıqca Rusiya və Türkiyə bazarlarına ixracat planlaşdırırıq”.

Qeyd edək ki, “Naxçıvan Duz İstehsalı” MMC xörək duzu və texniki duz istehsal edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png