ONN İnformasiya Agentliyi

Naxçıvanda xüsusi təlimlər keçirildi

Naxçıvanda xüsusi təlimlər keçirildi
10 Dekabr 2018 - 21:59

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib.

ONN media xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azərtac -a verilən məlumatda təlimlərdə bölmələrin həyəcan siqnalı ilə qaldırılması, şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri, məsrəf olunmuş raketlərin yenisi ilə doldurulmasının məşq etdirildiyi bildirilib.

Təlimlərə hava düşmənini təqlid etmək üçün aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin hava hücumundan müdafiə bölmələri praktiki atışları icra ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png