ONN İnformasiya Agentliyi

Ticarət mərkəzində yanğın: Son durum necədir?

Ticarət mərkəzində yanğın:  Son durum necədir?
23 İyun 2019 - 12:11

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində “X-Lady” və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

***

Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də 11; 12; 7A; 15; 22; 30; 32; 35; 36; 40; 44; 49; 50; 51; 57; 60; 62; 64; 81; 103; 105; 141; 214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png