ONN İnformasiya Agentliyi

PKK-ya ağır zərbə: Liderlərdən biri zərərsizləşdirildi

PKK-ya ağır zərbə: Liderlərdən biri zərərsizləşdirildi
07 İyul 2019 - 21:15

Türkiyə Silahlı Qüvvələri və Milli Təhlükəsizlik Təşkilatı Qəndil bölgəsinin Kortek rayonunda birgə antiterror əməliyyatı keçirib.

ONN media xəbər verir ki, əməliyyat zamanı PKK/KCK terror təşkilatının “ali rəhbərliyi”də təmsil olunan Diyar Qarip Muhammed zərərsizləşdirilib.

Qeyd edək ki, “Halmat Diyar” ləqəbli Diyar Qarip Muhammed 1973-cü ildə İraqın Süleymaniyə bölgəsində doğulub. 1992-ci ildə terrorçuluq fəaliyyətinə başlayan həmin şəxs son illər PKK/KCK terror təşkilatının 7 rəhbərindən biri olub. O, PKK lideri Abdullah Öcalanın həbsindən sonra terror təşkilatının aparıcı şəxslərindən birinə çevrilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png