ONN İnformasiya Agentliyi

Avtobus qəzaya uğradı- 29 nəfər ölüb

Avtobus qəzaya uğradı- 29 nəfər ölüb
08 İyul 2019 - 9:15

Hindistanın şimalındakı Aqra şəhərində avtobusun dərəyə aşması nəticəsində ən azı 29 nəfər ölüb.

ONN media xəbər verir ki, bu barədə “India Today” nəşri yazıb.

Bildirilib ki, qəza baş verən ərazidə 27 nəfərin cəsədi aşkar edilib. Daha 16 nəfərin yaralandığı deyilir. Yaralanan şəxslər xəstəxanalara aparılıb.

Uttar Pradeş ştatının polis bölməsi özünün “Twitter” səhifəsində yazıb ki, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub. Belə ki, Lakhnau şəhərindən paytaxt Dehliyə gedən avtobus 4,5 metr dərinlikdə olan dərəyə aşıb.

Son məlumata görə, 20 sərnişin xilas edilib. Hazırda Hadisə yerinə xilasedicilər cəlb edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png