ONN İnformasiya Agentliyi

Hava limanında qorxu dolu anlar

Hava limanında qorxu dolu anlar
25 İyul 2019 - 15:02

Hava limanında qorxu dolu anlar, azyaşlı yük konveyerinə düşüb qolunu sındırdı. 
ONN media xəbər verir ki, hadisə ABŞ-da baş verib. Belə ki, ABŞ-ın Georgiya əyalətində Atlanta şəhərində yerləşən Hartsfield-Jakson Beynəlxalq hava limanında anasının biletlərə bağlı işlərə başı qarışarkən arxa tərəfə keçən iki yaşlı uşaq baqajların daşındığı platformaya çıxıb.
 Platformadan düşə bilməyən uşaq baqajlarla birlikdə gözdən itib. Lakin təhlükəsizlik kameraları görüntülərində uşağın konveyerin üzərində getdiyi aşkar edilib. Anbara qədər gedən uşağı təhlükəsizlik əməkdaşları xilas ediblər.
Mediaya açıqlamasında uşağın anası Edit Veqa oğlu Lorezonu bilet işlərini həyata keçirərkən əlindən buraxdığını və qəfil yox çıxdığını bildirib. Azyaşlının sağ əlində sınıqlar olduğu bildirilir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png