ONN İnformasiya Agentliyi

İlham Əliyev üç ölkənin prezidentinə məktub göndərdi

İlham Əliyev üç ölkənin prezidentinə məktub göndərdi
31 Avqust 2019 - 17:40
Azərbaycanın dövlət başçısı İlham Əliyev Vyetnam Prezidenti Nquyen Fu Çonqaya təbrik məktubu göndərib.

ONN media xəbər verir ki, məktubda bunlar qeyd olunub.

“Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Vyetnamı xoş münasibətlər birləşdirir. Ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin, qarşılıqlı maraq kəsb edən bir sıra sahələrdə əməkdaşlığımızın zəngin ənənələri mövcuddur.

İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi bundan sonra da bütün sahələrdə birgə səmərəli fəaliyyətimiz üçün mühüm zəmin olacaq.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim sülh və rifah diləyirəm”.

***

Slovakiya Prezidenti xanım Zuzana Çaputovaya ünvanlanan məktubda aşağıdakılar yazılıb:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Slovakiya xalqına daim sülh və rifah diləyirəm”.

***

Daha bir təbrik məktubu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ünvanlanıb. Məktubu təqdim edirik:

“Hörmətli Şavkat Miromonoviç,

Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir.

İnanıram ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin və strateji tərəfdaşlığının daha da möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada dərinləşməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Hörmətli Şavkat Miromonoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim sülh və firavanlıq diləyirəm”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png