ONN İnformasiya Agentliyi

Qış Azərbaycana nə vaxt gəlir? – AMEA

Qış Azərbaycana nə vaxt gəlir? – AMEA
02 Dekabr 2019 - 12:31

Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) ONN media-ya bildirilib ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib. O qeyd edib ki, qış fəsli Azərbaycana dekabrın 22-si Bakı vaxtı ilə saat 08:19-da daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən minimum hündürlükdə olacaq. Həmin gün ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png