ONN İnformasiya Agentliyi

“Redmi Note 7” təqdim edildi

“Redmi Note 7” təqdim edildi
11 Yanvar 2019 - 9:15

“Xiaomi” şirkəti ayrıca brendə çevirdiyi “Redmi”nin ilk smartfon modeli olan “Redmi Note 7”ni təqdim edib.

ONN media xəbər verir ki, smartfon 19.5:9 nisbətli 2340×1080 piksel keyfiyyətli 6.3 düym Full HD+ ekranla təchiz olunub. Ekranın üzərində isə ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşir. Smartfonun ekranı ön panelin demək olar ki, 95%-ni əhatə edir.

Əsas texniki götəricilərə gəldikdə isə smartfon 8 nüvəli “Snapdragon 660” prosessoru, “Adreno 512” qrafk sürətləndirici, 3/4/6 GB RAM, 32/64 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəyi), 48 MP (f/1.8 diafraqmalı) + 5 MP ikili arxa kamera, 13 MP-lik ön kamera və “Quick Charge 4.0” sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Bununla yanaşı qeyd etmək lazımdır ki, sözügedən smartfon vasitəsilə yüksək keyfiyyətli fotoların çəkilməsi üçün kameralar həmçinin süni zəka texnologiyasını da dəstəkləyirlər.

Smartfon həm USB Type-C həmdə ənənəvi 3.5 mm-lik audiogirişə də sahibdir. Barmaq izi skanı texnologiyası smartfonun şüşə materialdan hazırlanmış arxa panelində yerləşir. Smartfonun gövdəsi isə qradient rəngə sahibdir.

“Redmi Note 7” “Android 9.0 Pie” əməliyyat sistemi vasitəsilə çalışır.

3 GB RAM və 32 GB daxili yaddaşa sahib olan versiya 147$-a, 4 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya 176 dollara, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib olan versiya isə 206 dollara satılacaq.

Çində smartfon artıq 15 yanvar tarixindən satışa çıxacaq. Qlobal versiyanın təqdimat tarixi barəsində isə heç bir məlumat verilməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png