ONN İnformasiya Agentliyi

Metroda yenə problem yarandı

Metroda yenə problem yarandı
14 Yanvar 2019 - 14:34

Bakı metrosunda qatarda problem yaranıb.

ONN media xəbər verir ki, bu barədə “Bakı Metropolteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində “Bakı Metropolteni”nin “Sahil” stansiyasında baş verib.

Belə ki, “Həzi Aslanov”-“İçərişəhər” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar Depoya göndərilib. Həmin qatarın yerinə yeni qatar verilib və problem aradan qaldırılıb”.

B.Məmmədov bildirib ki, qatarların intervalında problem yaranmayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png