ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ HADİSƏ – Qadın öldü, əri isə…

DƏHŞƏTLİ HADİSƏ – Qadın öldü, əri isə…
15 Yanvar 2019 - 3:48

Şamaxı rayonunda ağır yol qəzası baş verib.

ONN media xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndindən keçən hissəsində Qəbələ rayon Əmirvan kənd sakini 36 yaşlı Dəyanət Zəkəryayevin idarə etdiyi “Mercedes” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 30 yaşlı Pərvanə Zəkəryayeva hadisə yerində dünyasını dəyişib. Digər sərnişin İsmayıllı rayon Yenikənd sakini 32 yaşlı Orxan Mirzəyev və sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png