ONN İnformasiya Agentliyi

Şəkidə AĞIR QƏZA – Yaralılar var

Şəkidə AĞIR QƏZA – Yaralılar var
22 Yanvar 2019 - 21:59

Şəki rayonunda yol qəzası olub.

ONN media xəbər verir ki, “QAZ-24” və “VAZ-21061” markalı minik avtomobilləri toqquşub.

Nəticədə “VAZ-21061” markalı avtomobildə olan rayonun Kiçik Dəhnə kənd sakinləri – 1994-cü il təvəllüdlü Nicat Rasim oğlu Rəşidov, 1997-ci il təvəllüdlü Naib Nail oğlu Tahirov və 1996-cı il təvəllüdlü Novruz Bayram oğlu Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Yaralılardan N.Tahirova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır. R.Rəşidov sağ ayağının bud sümüyünün sınığı xəsarəti ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. N.Yunusovun xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png