ONN İnformasiya Agentliyi

2 kiloqram narkotik dövriyyədən çıxarıldı

2 kiloqram narkotik dövriyyədən çıxarıldı
19 Fevral 2019 - 10:49

DİN Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, fevralın 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,2 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Salyan rayon sakini E.Soltanovun Yeni Günəşli qəsəbəsi ərazisidə kirayədə yaşadığı mənzildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 408 qrama yaxın marixuana və metamfetamin aşkar edilərək götürülmüşdür.

Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Hacıyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1,8 kiloqrama yaxın heroin götürülmüşdür.

Hər iki faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png