ONN İnformasiya Agentliyi

Deputatların maaşı artırılacaq? – Açıqlama

Deputatların maaşı artırılacaq? – Açıqlama
11 Mart 2019 - 18:32

Bir sıra media orqanlarında yanvarın 1-dən millət vəkillərinin maaşlarının iki dəfəyə qədər qaldırılmasına dair xəbərlər yayılıb.

ONN media bildirir ki. Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Teleqraf.com-a açıqlamasında deputatların maaşının iki dəfəyə qədər artırılması xəbərini təkzib edərək, yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Qeyd edək ki, ötən il “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə əsasən, Milli Məclisin sədri 2475 manat, sədrin I müavini 2227 manat, Milli Məclis sədrinin müavini 2103, Milli Məclisin komitə sədri 1980, komitə sədrinin müavini 1 856 manat, sıravi deputat isə 1732 manat maaş alır.

Xatırladaq ki, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı da alırlar. Nəticədə parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png