ONN İnformasiya Agentliyi

Azərbaycan nefti bahalaşır

Azərbaycan nefti bahalaşır
03 Aprel 2019 - 23:53

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 2-də 71,16 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,34 dollar/barel çoxdur.

ONN media xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,83 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,47 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 69,62 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 0,44 dollar/barel çoxdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png