ONN İnformasiya Agentliyi

Cəbhədə insident: ermənilər uşaqlara atəş açdı

Cəbhədə insident: ermənilər uşaqlara atəş açdı
25 Aprel 2019 - 12:15

Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub

ONN media xəbər verir ki, hadisə Çıraqlı kəndində baş verib. Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar azyaşlı kənd sakinləri olub.

Belə ki, onlar öz həyətyanı torpaq sahələrində düşmənin atıcı silahlarının atəşinə məruz qalıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Yaranmış vəziyyətdən qorxan 13 yaşlı Vüsalə Məmmədovanın vəziyyəti pisləşib. İlkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png