ONN İnformasiya Agentliyi

Piyadanı vurub qaçan sürücü TUTULDU

Piyadanı vurub qaçan sürücü TUTULDU
03 May 2019 - 12:45

Aprelin 27-də saat 22 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub və o, hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini İlqar Məmmədov olması, yol-nəqliyyat hadisəsinin isə “Opel” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini İlham Həşimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.
ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png