ONN İnformasiya Agentliyi

“Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanması NATO üçün əhəmiyyətlidir”

“Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanması NATO üçün əhəmiyyətlidir”
10 May 2019 - 21:51
“Biz Azərbaycana nəinki Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına verdiyi dəstəyə, həm də Əfqanıstan Milli Ordusunun məqsədli fonduna vəsait köçürdüyünə görə minnətdarıq”.

ONN media bildirir ki, bunu NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına Azərbaycanın qoşulmasının 25 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin rəsmi dərgisində dərc olunan NATO-nun Baş katibi Yens Stoltenberqin məqaləsində bildirilir.

“Biz Azərbaycana nəinki Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına verdiyi dəstəyə, həm də Əfqanıstan Milli Ordusunun məqsədli fonduna vəsait köçürdüyünə görə minnətdarıq və bu əməkdaşlığın gələcəkdə daha da genişlənməsini səbirsizliklə gözləyirik. Ötən 25 il ərzində Azərbaycan bizim daima genişlənən şəbəkəmizdə ən fəal və etibarlı tərəfdaşlardan olub. Biz qurduğumuz münasibətlərlə, birgə səylərlə nail olduqlarımızla fəxr edirik”, – deyə qeyd edən müəllif Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanmasının NATO üçün əhəmiyyətli olduğunu da bildirilir.

“Biz münaqişələrin beynəlxalq hüququn, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsip və normaları əsasında həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edirik”, – deyə vurğulayan NATO baş katibi aşağıdakı fikri diqqətə çatdırıb: “NATO-nun yeni üzvləri salamlayaraq konstruktiv tərəfdaşlıq qurduğuna görə ötən on illər ərzində təhlükəsizlik məsələlərini təkcə Alyansın daxilində baş verənlər çərçivəsində yox, həm də Avro-Atlantik qonşuluğunun daha geniş kontekstində dəyərlədirməyin əhəmiyyətini dərk etmişik”.(ölkə.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png