ONN İnformasiya Agentliyi

“S-400-ün alınaması prosesi yekunlaşıb” – Ankara söz-söhbətlərə nöqtə qoydu…

“S-400-ün alınaması prosesi yekunlaşıb” – Ankara söz-söhbətlərə nöqtə qoydu…
11 May 2019 - 11:30

Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi barədə məlumatları təkzib edib.
 
ONN media xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyasının kommunikasiyalar üzrə departamentinin rəhbəri Fəxrəttin Altun “Twitter” səhifəsində yazıb.
 
O bildirib ki, yayılan məlumatlar əsassızdır.
 
“Sizin mənbələr səhvdir. Məlumatı məndən alın: S-400-ün alınaması prosesi yekunlaşıb” , – deyə Altun qeyd edib.
 
Xatırladaq ki, “Bild” nəşri Türkiyədə lirənin məzənnəsinin düşməsi və ABŞ sanksiyalarının tətbiqi təhlükəsini nəzərə alaraq, rəsmi Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsi barədə məlumat yaymışdı.
ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png