ONN İnformasiya Agentliyi

Pompeo Moskvaya səfərini ləğv etdi?

Pompeo Moskvaya səfərini ləğv etdi?
13 May 2019 - 10:41

ABŞ dövlət katibi Mayk Pompeo bazaar ertəsi gününə Moskvaya nəzərdə tutulmuş səfərini ləğv edib, ancaq əvvəlki kimi çərşənbə axşamı Rusiyanın XİN rəhbəri Sergey Lavrovla Soçidə görüşmək niyyətindədir.

ONN media xəbər verir ki, bu barədə “Reuters” Dövlət Departamentindəki özəl mənbəyə istinadən məlumat yayıb.

Bazar ertəsi Pompeo Moskvanın yerinə Brüsselə səfər edəcək. Burada o, AB nümayəndələri ilə İran ətrafındakı vəziyyəti müzakirə etmək fikrindədir.

Çərşənbə axşamı isə dövlət katibinin Soçiyə səfər etməsi gözlənilir. Burada S.Lavrovla görüşü planlaşdırılan M.Pompeonu Rusiya prezidenti Vladimir Putinin qəbul edəcəyi də istisna olunmur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png