ONN İnformasiya Agentliyi

Fuad Abbasovu kim həbs etdirib? – 10 min dollar maaş, zirehli maşın, cangüdən…

Fuad Abbasovu kim həbs etdirib? – 10 min dollar maaş, zirehli maşın, cangüdən…
21 May 2019 - 14:50

“Mənim Rusiyaya geri qayıtmağımdan ən çox narahat edən, mənə qarşı baş verənləri sifariş edən italyan vətəndaşı azərbaycanlı iş adamı Frank El Kapone – Füzuli Məmmədovdur”.

ONN media xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov həbsindən bir neçə gün əvvəl özünün feysbuk hesabında yaydığı videomüraciətdə deyib. 

O bildirib ki, F.Məmmədovla heç bir düşmənliyi yoxdur: “Mən bundan əvvəl də Füzuli bəyə müraciət etdim. Dedim, gəlin bu qarşıdurmanı dayandıraq, bir-birimizi ləkələməyək, bir-birimizə qarşı yayımlanan bu videoları dayandıraq. Yenə deyirəm, Füzuli bəy mənim düşmənim deyil, bir iş adamıdır. Və verdiyi pulun qarşılığını istəyir. Hətta bir neçə ay əvvəl bizim Misra TV-yə hədiyyə etdiyi planşeti dəfələrlə başıma vuraraq, deyib ki, mənə planşet alıb, onun qarşılığını verim”.

F.Abbasov deyib ki, Misra TV-yə bircə ədəd planşet bağışlamış olsa da, F.Məmmədov onun barəsində saxta məlumatlar yayır, onun aylıq 10 min dollarlıq maaşını, ofis xərclərini və digər texniki xərclərini özünün ödədiyini bildirir: “Mən ermənilər tərəfindən təzyiqə məruz qalanda Füzuli Məmmədov mənə zirehli maşın və cangüdən təklif etmişdi, lakin istəməmişdim, ancaq indi hər yerdə məni zirehli maşın və cangüdənlə təmin etdiyini iddia edir. Bu yalanlar nə üçündür, Füzuli bəy? Mən başa düşürəm ki, siz verdiyiniz pulun qarşılığında diaspor rəhbəri seçilmək istəyirsiniz. Baxmayaraq ki, sizin təşkilatınızın heç bir hüquqi statusu yoxdur, özünüzü Rusiyadakı azərbaycanlıların prezidenti kimi tanıdırsınız. 50-55 nəfəri Rusiyaya gətirib yedirib-içirib, özünüzü azərbaycanlıların lideri kimi aparırsınız”.

Jurnalistin sözlərinə görə, “Azərros” rəhbəri Mehriban Sadıqovaya qarşı çıxmaq barədə tələbini yerinə yetirmədiyi üçün F.Məmmədov onun barəsində kampaniya başladıb.turkustan.info

 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png