ONN İnformasiya Agentliyi

Sumqayıtda avtobuslar toqquşdu- Yaralılar var

Sumqayıtda avtobuslar toqquşdu- Yaralılar var
08 May 2020 - 10:16

Sumqayıtda iki marşrut avtobusu toqquşub.

ONN media xəbər verir ki, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 14 nəfər xəsarət alıb.

İlkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanaya yerləşdirilmiş N. Əliyeva və M. Məmişovun vəziyyəti orta-ağırdır.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png