ONN İnformasiya Agentliyi

Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə

Bizi məhkəməyə verməklə hədələdilər – Məleykə Abbaszadə
20 İyun 2020 - 14:54

Biz rus bölməsinin Azərbaycan dilindən – dövlət dilindən olan imtahanının birinin onlayn qaydada olacağını bəyan edəndən, bunu təklif edəcəyimizi bildirəndən sonra müəyyən məktublar aldım. Həmin məktublarda bildirilirdi ki, əgər siz bütün imtahanları onlayn etsəniz, biz sizi məhkəməyə verəcəyik. Çünki bizim uşaqlarımızın elə imtahanlarda iştirak etmək imkanları yoxdur.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, kütləvi şəkildə onlayn imtahan keçirilməsi üçün gərək bütün ölkə üzrə abituriyentlər dəfələrlə onlayn sınaq imtahanlarına cəlb olunsunlar: “Biz rus bölməsi üçün dövlət dilindən onlayn pulsuz sınaq imtahanı elan edəndə yarım saat ərzində 500 yer doldu. Ancaq imtahanda cəmi 120 nəfər iştirak etdi, qalanları açdılar, baxdılar və sonadək iştirak etmədilər. Amma sərt karantin rejimi davam etdikcə biz bu prosesi davam etdirəcəyik. İstəyimiz odur ki, şagirdlərdə bu vərdişlər formalaşsın”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png