ONN İnformasiya Agentliyi

Zakir Qaralov da “nəvə toyu”nda iştirakı ilə bağlı MƏLUMAT YAYILDI

Zakir Qaralov da “nəvə toyu”nda iştirakı ilə bağlı MƏLUMAT YAYILDI
24 Avqust 2020 - 20:42

Sabiq Baş prokuror Zakir Qaralovun Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

ONN media xəbər verir ki, Zakir Qaralovun həmin məclisdə iştirakı, Ramiz Mehdiyevlə hər hansı qohumluq əlaqələrinin olması barədə xəbərlər şər və böhtandır.

“Hətta ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunmadığı zamanda, Zakir Qaralovun 15 mart tarixinə təyin olunmuş övladının toy məclisi təxirə salınıb”, – məlumatda qeyd edilir.

Bildirək ki, bəzi xəbər portallarında, sosial şəbəkələrdə Ramiz Mehdiyevin nəvəsinin toyunda sabiq Baş Prokuror Zakir Qaralovun da iştirakı, hətta onun həyat yoldaşının Ramiz Mehdiyevlə qohumluq əlaqələrinin mövcud olması barədə məlumatlar yayılıb.(publika.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png