ONN İnformasiya Agentliyi

“Naxçıvan Aqrolizinq”in adı dəyişdirildi

“Naxçıvan Aqrolizinq”in adı dəyişdirildi
24 Avqust 2020 - 21:15

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

ONN media  xəbər verir ki, fərmanla “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılıb.

Müəyyən edilib ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması daxil olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən hüquqi şəxsdir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Cəmiyyətin yeni nizamnaməsini təsdiq etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png