ONN İnformasiya Agentliyi

DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır

DİQQƏT: Azərbaycanda bu cərimələr artırılır
25 Avqust 2020 - 17:59

“Qırmızı kitab”a düşən növlərin qanunsuz ovlanması hallarına çox təəssüf ki, yol verilir”.

ONN media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə nazirliyin rəsmin feysbuk səhifəsində canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, bu gün mövcud olan qanunsuz ova görə təbiətə dəymiş ziyanın miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü ildə təsdiq edilən “Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr”ə əsasən tənzimlənir:

“Bugünkü durumumuz imkan verir ki, təbiətə dəymiş ziyana görə cərimənin məbləğini artıraq. Bununla bağlı normativ akt hazırlanıb. Ancaq bu, bir neçə sferaları əhatə etdiyindən onun razılaşdırılması vaxt tələb edir. Yaxın vaxtlarda bununla bağlı qərar qəbul ediləcək”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png