ONN İnformasiya Agentliyi

DƏHŞƏTLİ OLAY: fəhlə faciəvi şəkildə həlak oldu – VİDEO

DƏHŞƏTLİ OLAY: fəhlə faciəvi şəkildə həlak oldu – VİDEO
13 Oktyabr 2020 - 10:21

Rusiyanın paytaxtında baş verən dəhşətli hadisənin görüntüləri müşahidə kamerası tərəfindən qeydə alınıb.

ONN media  xəbər verir ki, fəhlə təmir işləri ilə məşğul olarkən darvaza yuxarıya doğru açılmağa və kişini də özü ilə konsturksiyaya doğru sürükləməyə başlayıb.

Qapını avtomobilin park etməyə gələn sürücü açıb. Ehtimal ki, təmir işləri zamanı darvazanın açılmayacağı düşünülüb.

Sürücü baş verənləri gördükdən sonra dəhşətə düşür və kömək üçün adamları çağırmağa başlayıb. İşçilər təcii tibbi yardım çağırıblar. Lakin kişinin həyatını xilas etmək mümkün olmayıb.

Baş verənlərlə əlaqədar yoxlamalara başlanılıb, əməyin mühafizəsi və təhlükəsizlik tədbirləri haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png