ONN İnformasiya Agentliyi

Zelenski Türkiyəyə gedir

Zelenski Türkiyəyə gedir
15 Oktyabr 2020 - 10:19

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə iki günlük rəsmi səfər edəcək.

ONN media  xəbər verir ki, oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.

Səfər çərçivəsində Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.

Ukraynanın Müdafiə naziri Andrey Taran nazirliyin saytına açıqlamasında bildirib ki, bu saziş müdafiə sahəsində mövcud Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni hədəflər müəyyənləşdirəcək, hərbi sahə üzrə 21 prinsipial məsələdə əməkdaşlığın başlanğıcı olacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png