ONN İnformasiya Agentliyi

Qırğızıstanın yeni Baş Naziri o oldu – FOTO

Qırğızıstanın yeni Baş Naziri o oldu – FOTO
15 Oktyabr 2020 - 10:29

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Sadır Jarapovun ölkənin Baş Naziri vəzifəsinə təyin olması barədə Fərman imzalayıb.

ONN media bildirir ki, bu barədə “RİA Novosti”yə dövlət başçısının Mətbuat xidmətindən məlumat verilib.

“Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov oktyabrın 14-də “Qırğız Respublikası Baş Nazirinin və hökumət üzvlərinin təyin edilməsi haqqında” Fərman imzalayıb”, – deyə mətbuat xidmətinin nümayəndəsi bildirib.

Daha əvvəl Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş Nazir Kubatbek Boronovu istefaya göndərmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png