ONN İnformasiya Agentliyi

Nikol Gəncə terrorunu törədənə general rütbəsi verir

Nikol Gəncə terrorunu törədənə general rütbəsi verir
15 Oktyabr 2020 - 12:23

Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Onik Qasparyana general-polkovnik rütbəsi verilib.

ONN media xəbər verir ki, bu məlumatı öz Feysbuk səhifəsində Ermənistan Baş naziri Nikol Paşinyan paylaşıb.

Bundan başqa Ermənistanın 2-ci korpusunun komandiri polkovnik Araik Arutyunyan və 4-cü korpusun komandiri polkovnik Artak Budaqyana da general rütbələrinin veriləcəyi bildirilib.

Qeyd edək ki, Qasparyan Ermənistanın Qarabağdakı bütün əməliyyatlarını planlaşdıran şəxsdir.

Arutyunyan isə Ermənistan ordusunun Azərbaycanın Kəlbəcər və Gədəbəy rayonlarıyla sərhəddəki 2-ci korpusuna nəzarət edir. Məhz onun komandanlığında korpusun bölmələri Azərbaycanın müxtəlif şəhərlərinə Ermənistanın Vardenis şəhərindən raket zərbələri endirib, eləcə də Gəncə terrorunu törədib.

Budaqyan Ermənistanın Naxçıvanla sərhəddəki qoşunlarına rəhbərlik edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png