ONN İnformasiya Agentliyi

Putindən Qarabağ AÇIQLAMASI: Təəssüf edirəm ki…

Putindən Qarabağ AÇIQLAMASI: Təəssüf edirəm ki…
04 Noyabr 2020 - 18:01

Rusiya Dağlıq Qarabağdakı münaqişəyə son qoymaq və insanların həyatını xilas etmək üçün əlindən gələni edir.

ONN media  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşdə bildirib.

“Bilirsiniz, Rusiya bizdən asılı olan hər şeyi edir ki, Cənubi Qafqazdakı qarşıdurma başa çatsın. Lakin təəssüflər olsun ki, hələ də silahdan istifadə olunur”.

O, Rusiyanın Azərbaycan və Ermənistanla təmasda olduğunu və tezliklə hər kəsə uyğun nəticələrin əldə olunacağına ümid etdiyini vurğulayıb: “Ümid edirəm ki, gözlənilən nəticəni bölgədə yaşayan bütün insanlara uyğun olacaq şəkildə əldə edə və buna dinc yollarla nail ola biləcəyik”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png