ONN İnformasiya Agentliyi

Putin və Lukaşenko telefonda danışdı – QARABAĞ MÜZAKİRƏSİ

Putin və Lukaşenko telefonda danışdı – QARABAĞ MÜZAKİRƏSİ
04 Noyabr 2020 - 23:51

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

ONN media  xəbər verir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları telefon söhbətinin gedişatında koronavirusla bağlı vəziyyəti müzakirə ediblər. Prezidentlər infeksiyanın yayılmasına qarşı mübarizədə ölkələrin əməkdaşlığını yüksək qiymətləndiriblər. Bundan başqa, tərəflər Rusiyanın “Sputnik V” peyvəndinin Belarusa ixracı ilə bağlı qərarın əhəmiyyətini qeyd ediblər.

Prezidentlər müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə sadiq olduqlarını da təsdiqləyiblər. Onların sözlərinə görə, ölkələr daha əvvəl bağlanmış müqavilələr üzrə öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Kremlin rəsmi məlumatına görə, siyasətlər həmçinin Dağlıq Qarabağda münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

Dövlət başçıları müxtəlif səviyyələrdə təmasların davam etdirilməsini razılaşdırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png