ONN İnformasiya Agentliyi

Ərdoğandan Putinə Qarabağ TƏKLİFİ

Ərdoğandan Putinə Qarabağ TƏKLİFİ
09 Noyabr 2020 - 12:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə ATƏT-in Minsk Qrupunun xaricində Dağlıq Qarabağla bağlı işçi qrupu yaratmağı təklif edib.

ONN media  xəbər verir ki, “CNN Türk” bu barədə diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Xəbərə görə, Putin ikitərəfli format təklifini məmnuniyyətlə qarşılayıb.

Gələcəkdə yeni bir qrupun münaqişənin həlli üçün tədbirlər görəcəyi bildirilir.

Qeyd edək ki, dövlət başçıları 7 noyabrda Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı telefon danışıqları aparıb. Daha sonra Türkiyə və Rusiya Xarici İşlər nazirləri arasında danışıqlar gedib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png