ONN İnformasiya Agentliyi

İrandan Azərbaycana ŞUŞA TƏBRİKİ

İrandan Azərbaycana ŞUŞA TƏBRİKİ
09 Noyabr 2020 - 13:37

İranın Bakıdakı səfirliyi tarixi və mədəniyyət şəhəri olan Şuşanın işğaldan azad olunması münasibəti ilə Azərbaycan xalqını təbrik edir.

Bu barədə İranın Azərbaycandakı səfirliyi bəyanat verib.

Bəyanatda deyilir ki, tezliklə Şuşa şəhərinin tarixi məscidindən azan səsi bütün müsəlmanları və region xalqlarını sevindirəcək.

Bildirilir ki, İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei 3 noyabr tarixində etdiyi çıxışında Ermənistan tərəfindən işğal olunan bütün Azərbaycan torpaqlarının Azərbaycana qaytarılmasını qeyd edib:

“İşğal olunmuş ərazilərini azad etmək Azərbaycanın haqqıdır”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png