ONN İnformasiya Agentliyi

Zurabişvili İran XİN başçısını qəbul etdi

Zurabişvili İran XİN başçısını qəbul etdi
28 Yanvar 2021 - 23:52

Gürcüstan prezidenti Salome Zurabişvili İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

ONN media  xəbər verir ki, görüşdə M.C.Zərif İranın Gürcüstanın ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib.

S.Zurabişvili iranlı nazirə Gürcüstanın işğal altında olan ərazilərindəki mövcud ağır vəziyyət barədə məlumat təqdim edib. Prezident söhbət zamanı bölgə və Gürcüstanda sabitliyin önəmini vurğulayıb.

Danışıq zamanı ikitərəfli münasibtlərin inkişafını ləngidən pandemiyaya da toxunulub.

Görüşdə bölgənin iqtisadi potensialı və Gürcüstan iqtisadiyyatının inkişafına töhfə verəcək yeni əhəmiyyətli imkanlardan da söz açılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png