ONN İnformasiya Agentliyi

Köçəryanın açıqlaması müzakirə yaratdı: hakimiyyətə qayıdır?

Köçəryanın açıqlaması müzakirə yaratdı: hakimiyyətə qayıdır?
29 Yanvar 2021 - 13:24

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın növbədənkənar seçkilərə komandası ilə gedəcəyi və qalib gələcəyi haqda iddialı açıqlaması Ermənistanda müzakirələrə səbəb olub.

ONN media   xəbər verir ki, Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants Köçəryanın seçkidə iştirak qərarının Nikol Paşinyana qarşı birləşən 17 partiyanın yaratdığı Vətənin Xilası Hərəkatının özünü tükətdiyini təsdiqlədiyini deyib.

Surenyanç Köçəryanın seçkiyə qatılmaq qərarının inqilab ssenarisini qeyri-aktual etdiyini söyləyib:

“Köçəryanın şanslarını qiymətlənirməkdə çətinlik çəkirəm. Məncə, köhnə sistemin nümayəndəsi kimi nə onun, nə də indiki hakimiyyətin ciddi şansı var”.

Erməni polittexnoloq Armen Badalyan isə Köçəryanın komandası olmadığını deyib. A.Badalyanın sözlərinə görə, Köçəryan ya yeni partiya yaratmalı, ya da hansısa bir partiyaya qoşulmalıdır.

“Çiçəklənən Ermənistan və Daşnaksütyun Köçəyanın siyasi dayağı sayılırdılar. Onların növbədənkənar seçkidə hansı mövqeni tutacağı aktualdır”, – deyə o bildirib.(axar.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png