ONN İnformasiya Agentliyi

İstanbulda daha bir yük gəmisi saya oturdu

İstanbulda daha bir yük gəmisi saya oturdu
29 Yanvar 2021 - 22:01

İstanbulun Zeytunburnu rayonu sahillərində Komor Adaları bayrağı altında üzən “Streamline” adlı yük gəmisi saya oturub.

ONN media  xəbər verir ki, bu barədə İstanbul Valiliyi açıqlama yayıb.

Türkiyənin Sahil Mühafizə Xidmətinin məlumatına əsasən, gəminin saya oturmasına bölgədə hökm sürən əlverişsiz hava şəraiti səbəb olub. Morini limanında qeydiyyatda olan gəminin yerləşdiyi əraziyə Türkiyənin Sahil Mühafizə Baş İdarəsinə məxsus xilasedici gəmilər cəlb olunub. Xilasetmə işləri davam etdirilir.

Mərmərə dənizində yaranan şiddətli fırtına səbəbindən İstanbulda bəzi gəmi səfərləri təxirə salınıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png