ONN İnformasiya Agentliyi

Dəniz quldurlarının Fərman İsmayılovu öldürdüyü anların ŞOK DETALLARI

Dəniz quldurlarının Fərman İsmayılovu öldürdüyü anların ŞOK DETALLARI
16 Fevral 2021 - 14:57

23 yanvarda Nigeriya sahillərində quldurlar tərəfindən hücuma məruz qalan “Motsart” adlı gəminin türklərdən ibarət 15 nəfərlik heyətində olan Halil Gülçür olayın detallarını DHA agentliyinə açıqlayıb.

ONN media  xəbər verir ki, Gülçür azərbaycanlı mühəndis, 1976-cı il təvəllüdlü Fərman Əli oğlu İsmayılovun quldurlar tərəfindən qətlə yetirilərkən yanında olduqlarını deyib.

“Dostumuz yanımızda öldü. Allah rəhmət eləsin! Quldurlar gizləndiyimiz yeri 10 dəqiqə ərzində öyrəndilər. 7 saat qapını açmağa çalışdılar. Bizi görən kimi atəş açdılar. Sonra bizi qayığa mindirdilər. 21 gün ərzində adaya bənzər bir yerdə qaldıq. Zorakılığa məruz qalmaq qorxumuz var idi. 9 əlisilahlı quldurun nə danışdığını bilmirdik”, – Gülçür əlavə edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png