ONN İnformasiya Agentliyi

Gürcüstan hökuməti İSTEFAYA GETDİ

Gürcüstan hökuməti İSTEFAYA GETDİ
18 Fevral 2021 - 12:55

Gürcüstanın Baş naziri Giorgi Qaxariya istefa verib.

ONN media xəbər verir ki, paytaxt Tbilisidə jurnalistlərə açıqlama verən Qaxariya ölkədəki ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın rəhbəri Nika Melianın həbs qərarı ilə əlaqədar komandası ilə fikir ayrılığına görə vəzifəsindən istefa etdiyini bildirib.

Melianın həbs qərarını tənqid edən Baş nazir ölkədə hazırda siyasi gərginliklərin yaşandığını və sözügedən qərarın gərginliyi daha da artıracağını söyləyib.

Gürcüstan Konstitusiyasına görə, hakim Gürcü Xəyalı Partiyası yeni baş nazir namizədi və yeni kabinet siyahısını 1 həftə ərzində Prezident Salome Zurabişviliyə təqdim etməlidir.

Baş nazirin istefasından sonra hökumət də tam tərkibdə həmin qərarı qəbul edib.

Qeyd edək ki, 20 iyun 2019-cu il tarixində 26-cı Pravoslav Parlamentlərarası Baş Assambleyasının iclasında Rusiya Kommunist Partiyasının üzvü və Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kreslosuna oturması minlərlə insan tərəfindən protest edilmişdi. Etirazçıları təhrik etdiyinə görə tutulan və daha sonra girov müqabilində sərbəst buraxılan Nika Melia girovu ödəmədiyi üçün yenidən saxlanılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png