ONN İnformasiya Agentliyi

Rusiyada dəmir yoluyla gəzinti turlarına START VERİLDİ

Rusiyada dəmir yoluyla gəzinti turlarına START VERİLDİ
10 Mart 2021 - 23:33

Rusiyada kruiz dəmir yolu turlarının pilot layihəsinə start verilib.

ONN media  xəbər verir ki, bu barədə layihənin təsisçisi Strateji təşəbbüslər agentliyi öz “Telegram” kanalında bildirir.

Qatarlar Moskva-Nijni Novqorod-Kazan-Moskva və Moskva-Kazan-Nijni Novqorod-Moskva marşrutları üzrə yola salınıb.

Belə bir səfərdə vaqonlar təkərli mobil hotel, restoran və əyləncə mərkəzinə çevrilir.

Şəhərlərdəki dayanacaqlar zamanı səyahət edənlər üçün ekskursiyalar təşkil olunacaq.

Hazırda layihənin təkmilləşdirilməsi istiqamətində işlər davam edir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png