ONN İnformasiya Agentliyi

Eldar Həsənovun məhkəməsi başladı – SON DƏQİQƏ

Eldar Həsənovun məhkəməsi başladı – SON DƏQİQƏ
03 Sentyabr 2021 - 13:54

Bu gün sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ONN media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyiblər. Eldar Həsənov vəsatətə etiraz etməyib.

Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.

Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png